Bakıda Rusiya Kino Günlərinin açılışı olub

11 октября , 2016, 16:21

Oktyabrın 10-da Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Rusiyanın Azərbaycandakı səfirliyi, “Kinofest” Prodüser Mərkəzi və Nizami Kino Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanda Rusiya Kinosu Günlərinin açılışı olub.

VAKinfo-nun məlumatına görə, bu münasibətlə Rusiya Kino Fondunun direktoru Anton Malışev, rejissor və prodüser Renat Davletyarov, aktrisa Yevgeniya Malaxova (Davletyarova), rejissor Yuriy Vasilyev, prodüser Mixail Deqtyar və “Kinofest” Prodüser Mərkəzinin direktoru Sergey Braqindən ibarət Rusiya nümayəndə heyəti Azərbaycana səfər ediblər.

Nizami Kino Mərkəzində keçiriləcək Kino Günləri Renat Davletyarovun “Təmiz sənət” bədii filminin nümayişi ilə açılıb.

Kino Günləri çərçivəsində 11 oktyabrda rejissor Yuriy Vasilyevin “Qəhrəman”, 12 oktyabrda İndar Djendubayevin “O, drakondur”, 13 oktyabrda İlya Çijikov və Anton Çijikovun “Bizim qəbirstanlığın oğlanı”, 14 oktyabrda isə Eduard Bordukovun “Qutu” bədii filmi tamaşaçılara təqdim olunacaq. 

Filmlər saat 19:00-da təqdim olunacaq. Nümayişlərə giriş sərbəstdir. 


590 просмотров

Нам пишут Написать
Наверх