Rusiyadan Azərbaycana 999 rubla təyyarə bileti-"Pobeda" loukosteri Rostov-Bakı reysinə bilet satışına başlayıb

11 октября , 2016, 15:46

Rusiyanın "Pobeda" loukosteri (aşağıbüdcəli aviaşirkət) yeni beynəlxalq istiqamətlər olan Bakı və Tbilisiyə biletlərin satışına başlayıb.

VAKinfo xəbər verir ki, "Pobeda" oktyabr ayının 30-dan etibarən həftədə 4 dəfə Rostovdan Bakıya uçuşlar yerinə yetirəcək. Tbilisiyə isə şirkət noyabr ayının 1-dən həftədə 3 dəfə uçacaq.

İlk reysə biletlərin qiyməti 999 rubl (təxminən 26 manat) təşkil edəcək ki, bura bütün yığımlar daxildir.


593 просмотра

Нам пишут Написать
Наверх