Fəxriyyə Məmmədova: Fəxr edirəm ki, zəhmətim Azərbaycan prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib

18 марта , 2016, 17:02

Hər il Azərbaycan Respublikası prezidenti İlham Əliyevin sərəncamı ilə azərbaycan gənclərinin ən istedadlı nümayəndələri prezident mükafatına layiq görülürlər. Bu il onların arasında Sankt-Peterburq Dövlət Universitetinin məzunu, kimya elmləri namizədi Fəxriyyə Məmmədova da var.

VAKinfo-ya müsahibəsində o, qız üçün "kimya” kimi qeyri-adi bir peşəni niyə seçdiyi və bu elm sahəsində müasir inkişafların neft hasil edən ölkələrə necə təsir etməsi, Azərbaycanda kimyaçı peşəsinin aktual və tələb olunan olması haqqında danışıb.

- Azərbaycan Respublikası Elmlər Akademiyası gənclərə prezident mükafatı verilməsi üçün üç namizəd irəli sürmüşdür. Necə fikirləşirsən, mükafat niyə məhz sənə verildi?

- Mən mükafatı elm sahəsində almışam, burada məhz elm nailiyyətləri nəzərə alınırdı: tədqiqatların əldə olunan nəticələri, onların aktuallığı, mövcud nəşrlər. Fikirləşirəm ki, mənim kimya elmləri namizədi olmağım da öz rolunu oynamışdır, müəyyən olunmuş vaxt çərçivəsində dissertasiya işini müvəffəqiyyətlə yerinə yetirmək çox çətin olan M.V. Lomonosov adına Moskva Dövlət Universitetində müdafiə etmişəm. Bunu eksperimental elmlər sahəsində, xüsusən kimyada etmək daha da çətindir, cünki burada əqli işlə yanaşı fiziki iş də çoxdur, daima təcrübələr aparmaq vacibdir, bəzən bu təcrübələr kifayət qədər uzun olur.

Əlbəttə mən çox qururluyam ki, mənim zəhmətlərim bizim respublikamızın Prezidenti İlham Əliyev tərəfindən belə yüksək qiymətləndirilib. Bu həqiqətən də çox yüksək mükafatdır və bundan sonra inkişaf etmək, yeni nailiyyətlər əldə etmək, irəliləmək üçün böyük təşviqdir və çalışacam ki öz işimlə Azərbaycanda elmin inkişafına töhfə verim.

- Kimya - bir qız üçün çox qeyri-adi peşədir. Niyə öz həyatını bu elmlə bağlamağa qərar verdin?

- Açığını desəm, texniki fənlərə marağım uşaqlıqdandır. Məktəbdə fizika-riyaziyyat təmaüllü sinifdə oxumuşam. Bundan əlavə, mənim anam-kimyaçıdır, babam və babamın atası-neftçidirlər, yəni bu və ya başqa yolla kimya ilə bağlıdırlar. Yeri gəlmişkən, qardaşım da kimyaçıdır, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının kimya fakultəsini bitirib.

Mənim bu elmə marağım 8-ci sinifdə başladı, o vaxt kimya üzrə müəllimim, anam Gülnarə Hilalovna məktəbdə Kimya axşamı təşkil etmişdi, axşamda mən də iştirak edirdim. Tədbirdə biz müxtəlif təcrübələr aparırdıq. O vaxt, kimyəvi reaksiyalar zamanı bir maddənin digər maddəyə çevrilməsi mənə əsl möcüzə kimi gəldi.

Başqa sözlə desək, mən anam sayəsində ilk dəfə bu “sehirli” elm ilə maraqlanmağa başladım, anama buna görə təşəkkür edirəm. Zamanla bu elmə marağım daha da artırdı. Buna görə də universitətə daxil olan zaman kimya fakultəsi seçimi düşünülmüş bir addım idi. Mən hansı istiqamətdə hərəkət etmək istədiyimi dəqiq bilirdim.

-Sən kimyaçı peşəsinə Sankt-Peterburq Dövlət Universitetində yiyələnmisən. Rusiyanın ən nüfuzlu ali məktəblərindən birində tələbə olmağa necə nail oldun?

- Rusiya ali məktəblərinə daxil olmaq istəyənlər üçün Rusiya Federasiyası hər il Azərbaycan vətəndaşlarına müəyyən sayda yer ayırır. Bununla əlaqədar olaraq Azərbaycanda qəbul imtahanları keçirilir. Bu imtahanlardan uğurla keçən abituriyentlər Rusiya ali məktəblərində pulsuz təhsil almaq imkanı qazanırlar. 2004 ildə mən məktəbi bitirən zaman Rusiyada ali məktəbə daxil olmaq istəyənlər üçün ayrılmış yerlər arasında Sankt-Peterburq Dövlət Universitetinin kimya fakultəsi vardı, bu mənim üçün xoşbəxtlik idi. Mən düşünmədən sənədlərimi oraya verdim, imtahanlardan uğurla keçdim və universitetə daxil oldum.

Oxuduğum müddət ərzində mənim üçün demək olar ki, doğma olan Sankt-Peterburq şəhəri haqqında danışmaya bilmərəm. 17 yaşımda ilk dəfə bu şəhərə gələndə onun gözəlliyi, çox sayda muzeyləri, teatrları, incəsənət abidələri, həmçinin şəhərin sakinlərinin yüksək mədəniyyəti və savadları mənə dərin təəsüratlar bağışlamışdı. Mən Sankt-Peterburqu ikinci vətənim adlandırıram, ona görə ki, mənim fikrimcə məhz ora mənim yetişməyimdə rol oynamışdır. Sankt-Peterburqda olan həyat, Sankt-Peterburq Dövlət Universitetində təhsil almağım mənim dünyagörüşümə böyük təsir göstərmişdir və mən bu gözəl şəhərdə yaşadığım və qeyd edim ki, tək Rusiyanın deyil, həm də bütün dünyanın ən nüfuzlu ali məktəblərdən birində təhsil aldığım üçün  taleyimə minnətdaram.

- Keçən il sən M.V. Lomonosov adına Moskva Dövlət Universitetində öz namizədlik dissertasiyanı müvəffəqiyyətlə müdafiə etmisən. Sənin tədqiqatın hansı mövzuya həsr olunmuşdur?

- Mənim dissertasiya işim kifayət qədər prespektiv xammaldan- mikrodəniz yosunu biokütləsindən, bioparçalanan polimer və bioyanacağın istehsalı üçün yeni yanaşmaların inkişafına həsr olunmuşdur. Mövzu çox aktualdır. Məlum olduğu kimi, hal-hazırda yanacaq və əksər polimer və plastiklərinin istehsalı üçün istifadə olunan əsas xammal neft və qazdır–bərpa olunmayan ehtiyatlar. Lakin dünyanın neft və qaz ehtiyatları qeyri-məhdud deyil, bundan əlavə, faktiki olaraq neft və qaz istehsalının kəşfiyyatı bütün texniki zənciri, onun daşınması, saxlanması, emalı, neft və qaz məhsullarının istifadəsi ətraf mühitin çirklənməsi ilə bağlıdır. Ekologiyanın çirklənməsi, ilk növbədə insan sağlamlığına mənfi təsir göstərir.

Bu baxımdan bioyanacaq və bioplastikin müxtəlif növlərinə yüksək maraq göstərilir, hansıların ki əsasında bərpa olunmuş xammaldan ekoloji biotexnologiya üsulları ilə istehsal olunan məhsullar tərtib edilir. Son vaxtlar neft hasil edən dövlətlərin büdcəsi asılı olduğu neftin qiymətinin sürətlə düşməsi şəraitində bu aktuallıq daha çox böyüyür, çünki neftin əvəzinə alternativ mənbələrdən istifadə etmək, iqtisadiyyatın neft karbohidrogenlərindən asıllığını azaltmağa imkan verəcək və beləliklə, ölkənin siyasi iqtisadi rahatlığını artıracaq.

- Gənc yaşına baxmayaraq, sənin Azərbaycan Milli Elmlər Akademiyasında iş təcrübən var. Bundan əlavə, sən Qavqaz Universitetində dərs demisən. Hal-hazırda nə işlə məşğulsan və gələcəyə dair hansı planların var?

- Hazırda Qavqaz Universitetində mühazirə deyirəm və Y.Q. Məmmədəliyev adına Azərbaycan Milli Elmlər Akademiyasının neft-kimya prosesləri İnstitutunun elmi əməkdaşı kimi elmi fəaliyyətlə məşğul olmağa davam edirəm. Bu yaxınlarda Türkiyənin Akdeniz Universitetindən genetik cəhətdən modifikasiya olunmuş mikro dəniz yosunlarından əldə olunan bioyanacaq üzrə tədqiqat layihəsində iştirak etmək üçün dəvət almışam, ona görə də yaxın gələcəkdə Türkiyəy işgüzar səfərə getməyə hazırlaşıram.

Ümumiyyətlə, planlar kifayət qədər çoxdur və onlar hamısı bir məqsədə qulluq edir – Azərbaycan üçün faydalı olmaq. Çünki biz azərbaycanlılar dünyanın hansı nöqtəsində olursa olaq, həmişə Vətənimizin layiqli nümayəndələri olmaq haqqında fikirləşməliyik.

Ülkər Mehdiyeva


568 просмотров

Нам пишут Написать
Наверх