Кamilə Hüseynova: Nəriman Nərimanovun ölüm sirri

14 марта , 2016, 14:48

Мənə, “VAKinfo” müxbirinə görkəmli siyasətçi  Nəriman Nərimanovun nəslindən olan – N.Nərimanov memorial müzeyinin direktoru Kamilə Hüseynovaya suallar vermək müvəffəq oldu, hansı ki, N.Nərimanovun qohumu olan nənəsinin xatirələri ilə bölüşür.

 

 – Кamilə xanım, Siz Nəriman Nərimanovun Bakıda olan Muzeyinə rəhbərlik edirsiniz.Muzeyi yaratmaq  kimin fikri idi?

 

– Muzeyə 1999 ildə gəlmişəm, memorial muzeyin direktoru Loğman Hacıyev dünyasını dəyişdikdən sonra. Mən həkim-əczaçıyam, Azərbaycan  Respublikası DİN nəzdində olan xəstəxanada işləmişəm. İlk beş il müzeydə elmi əməkdaş kimi işləyirdim, sonra isə müzeyə rəhbərlik etməyə başladım. İctimai-siyasi və dövlət xadimi, yazıçı, müəllim və həkim Nəriman Nərimanovun müzeyi 1977 ildə Heydər Əliyevin təşəbbüsü ilə yaradılmışdır. Tacir Həsən Babayevə məxsus olan iki mərtəbəli bina 1900 ildə tikilmişdir.Nərimanov ailəsi ilə birlikdə ikinci mərtəbədə yerləşən mənzildə yaşayırdı. Ev-muzeyin ekspozisiyası dörd otaqdan ibarətdir: yemək otağı, qonaq otağı, yataq otağı və həkim kabineti.Birinci zalda Nərimanovun uşaqlıq və gənclik illəri ilə bağlı eksponatlar var. Sənədlərin əsilləri böyük maraq yaradır: doğum haqqında şəhadətnamə və Qori adına müəllim seminariyasını bitirməsi haqqında şəhadətnamə, onu müəllimlik fəaliyyəti haqqında materiallar, həmçinin Tiflisdə olan evin maketi.

 

Muzeyin ikinci zalında XX əsrin ilk onilliyində Nərimanovun fəaliyyətini işiqlandıran eksponatlar nümayiş olunur. Üçüncü zalda Nərimanovun şəxsi əşyaları, oğlu Nəcəfə yazdığı, bitirilməmiş məktublar, həmçinin onun ölümü haqqında olan materiallar nümayiş olunur. Və dördüncü zal – həkim kabineti. Nərimanovun qohumu, mənim nənəm İltifat xanımın xatirələri əsasında bu kabinetdə hər şey Nərimanovun sağlığında olduğu kimi bərpa olunmuşdur.Tibbi alətlər, dərman saxlanması üçün şkaf, asqı, onun həkimlik fəaliyyətini işıqlandıran rəsm əsərləri. Çox sayda müxtəlif sənədlər, tibbi xəstəlik qeydləri, həyat yoldaşına, oğluna yazılan məktublar.

– Nənəniz Sizə Nərimanov və onun evi haqqında nə danışırdı?

– Mənim nənəm İltifat xanım və onun bacıları Nərimanovun evində yaşayırdılar.O onlara yaxşı təhsil vermişdi, əlindən gələn hər şeyi edirdi ki, qızlar valideynlərinin yoxluğunu hiss etməsinlər, hansılar ki, qızlar iki yaşında olarkən vəfat etmişdilər.Nənəm öz əmisini çox istəyirdi.O əmisinin 1918 il mart hadisələri  zamanı çox həyəcan keçirdiyini haqqında danışırdı. Martın ortasında onun yanına bir neçə adam gəlir.Onun kabinetində uzun söhbətdən sonra o narazı və qəzəbli idi. О Stepan Şaumyana zəng vurur və əmr edir ki, bu kabus dərhal dayandırılsın.Lakin bir neçə gündən sonra şəhərdə vəziyyət pisləşir. Əmim gedir, o bir neçə gün evə gəlmir.Qızıl ordunun əsgərləri adı ilə daşnaqlar bizim mənzilə  girirlər, onlar mənzildə axtarış aparmağı tələb edirdilər.Mənim o biri əmim özünü Nəriman kimi təqdim edir – onu aparırlar. Bizim mənzil tərəfə çox sayda güllə atırdılar.Artıq onda  aydın idi ki, Nərimanı aradan qaldırmaq istəyirdilər”, – nənəm xatırlayırdı.Həmin ilin iyun ayında müalicə almaq üçün Nəriman Nərimanov  Həştərxana getməli olur, orada o, bir neçə ay reabilitasiya kursu keçir.Nənəmin sözlərinə görə, o iflic olur və gəmiyə qədər onu xərəkdə aparırlar. Bu hadisələr onun sağlamlığına belə təsir etmişdi.

Nənəm həmçinin Nəriman Nərimanovun Hacı Zeynalabdin Tağıyevlə ünsiyyəti ilə bağlı hadisələr də xatırlayırdı.Hacı Nərimanova deyirdi ki, o heç vaxt lovğa olmasın, Hacı deyirdi: ”Heç vaxt kim olduğunu yadından çıxartma, yoxsa taleh səndən üz döndərəcək”. Nənəm xatırlayır ki, hər cümə günü Nərimanovun Bakı mənzilinə dostları gəlirdi – Мüslüm Maqomayev, Cəlil Məmmədquluzadə, Əzim Əzimzadə, Üzeyir Hacıbəyov, Yusif Çəmənzəmənli, onlar üçün Hüseyn-Qulu Sarabskiy mahnı ifa edirdi.Çay süfrəsi arxasında onlar son xəbərləri müzakirə edirdilər, şeerlər oxuyurdular. Nəriman Nərimanov  “Cümə söhbətləri” adlı məqalələr yazırdı.

– Кamilə xanım,Nərimanovun ölümü sirrlə əhatə olunmuşdur.Yəgin nənəniz Sizə həqiqəti danışmışdır?

– Mən həmişə çalışıram ki, nənəmin xatirələrinə istinad edirəm.O Nərimanovun evində yaşayırdı, onunla ünsiyyət edirdi, bir çox hadisələrə şahid olmuşdu.Mən, öz növbəmdə, nənəmlə danışırdım, onun xatirələri ilə böyümüşəm. Nənəmin sözlərinə görə, ölümünə bir neçə gün qalmış Nəriman Nərimanov Tiflisdə idi. Adətən o Tiflisə gedəndə, həmçinin Bakıya da gəlirdi-qohumlarını görməyə.Onda o qohumları və onların uşaqları ilə Moskvaya gəlir.19 martda o, həmişə olduğu kimi, işə gedir, saat 4-də evə gəlir, uzanır, tapşırır ki, onu saat 6-da oyatsınlar – o büronun iclasına getməli idi. Gümrah oyanır, iclasa yaxşı əhval-ruhiyyədə yola düşür.Bir neçə saatdan sonra, saat 20.30 radələrində zəng vururlar və deyirlər ki, o özünü pis hiss edir. Qohumlar xəstəxanaya gəlir, harada ki, həkimlər onlara Nərimanovun qəfil ölüm xəbərini verirlər.Nəriman Nərimanovun yanında olan insanların təxminlərinə görə, onun ürəyi tutmuşdu.Nərimanovu Kreml divarı yanında dəfn edirlər.

Ən təəcüblü və anlaşılmaz olan nədir, bilirsiniz? Maraqlı odur ki, nənəmin dediyinə görə, dəfndə azərbaycan hakimiyyəti və ziyalılarından heç bir nümayəndə yox idi.Dostlar və tanışlar isə Nərimanovun dəfnindən beş-altı gün sonra gəlmişdilər.

 

– Nərimanovun ölümündən sonra onun ailəsinə nə oldu?

– Onun ölümündən sonra ailəsi – həyat yoldaşı Gülsüm xanım və beş yaşlı Nəcəf – Moskvada qalmaq məcburiyyətində olurlar. Vətənə qayıtmaq onlar üçün təhlükəli idi.Bu barədə Nərimanin qohumu – mənim babam Qəzənfər Nərimanova Mixail Kalinin danışmışdı. Həyat yoldaşı və oğlu ömürlərinin sonuna qədər doğma topraqlara gəlmirlər.Bakıdan və Tiflisdən olan qohumları onların yanına Moskvaya gedirlər. Onlar çalışırdılar ki, Nərimanovun ailəsi tək qalmasın.Nəcəf  Nərimanov atasının izindən gedir – hiddətlə öz vətəni SSRİ-nin azadlıq və müstəqilliyi uğrunda mübarizə aparırdı. O cəsur tankçı idi.10 sentyabr 1943 ildə 23 yaşlı leytenant Nəcəf  Ukraynanın Doneçk vilayətində yerləşən Volnoxava qəsəbəsi yaxınlığında gedən döyüşlərdə həlak olmuşdur və  ölümündən sonra  I  dərəcəli Vətən müharibəsi ordeni ilə təltif olunmuşdur. Bizim müzeydə Nəcəfin anasına yazdığı çox sayda məktub var.Nərimanovun qohumu günahı olmadan güllələnmişdir.Stalin əlindən gələn hər şeyi edirdi ki, Nəriman Nərimanovun adı unudulsun.Anam danışırdı ki, o balaca olanda, onları Qazaxıstana göndərirlər.Onu tibb institutundan qovurlar, kiçik xalam ali məktəbə heç girə də bilmir. Onlar bax  beləcə yaşamağa çalışırdılar.

 – Sizin hal-hazırda məşğul olduğunuz iş, – təsadüfdür və ya Siz həmişə belə bir işlə məşğul olmaq istəyirdiniz?

– Mən tez-tez düşünürəm ki, bu yerə layiqəm ya yox. Və hesab edirəm ki, bu mənim borcumdur. İlk növbədə ailəm qarşısında. Mən Nəriman Nərimanovun mənim üçün nə demək olduğunu sözlə izah edə bilmirəm. Nənəm bütün xatirələrini bir dəftərə yazırdı, hansını ki, mən qayğı ilə saxlayıram.Bu qeydlər əsasında kitab yazmaq maraqlı olardı.


İlahə Ələkpərova


537 просмотров

Нам пишут Написать
Наверх