Аydın Hacıyev: «Rusiya-Azərbaycan münasibətləri köklü şəkildə dəyişmiş hallarda yeni yüksəliş mərhələsinin narahatçılığını yaşayırlar»

02 февраля , 2016, 15:43

Aydın Hacıyev – professor, tarix elmləri doktorudur.1953 ildə Bakı şəhərində anadan olmuşdur. C.M.Kirov adına Azərbaycan Dövlət Üniversitetinin tarix fakultəsini bitirmişdir. 1974 ildən 1981 ilə qədər komsomol və inzibati işlərdə fəaliyyət göstərmişdir. Sovet İttifaqı Kommunist Partiyası MK nəzdində Bakı Ali Partiya Məktəbində dərs demişdir, sonra Azərbaycan KP MK apparatında partiya işinə keçmişdir. Sonradan, 1991-1998 illərdə Bakı sosial idarəetmə və politologiya institutunda siyasi tarix kafedrasına rəhbərlik edirdi. 1998-2012 illərdə Rusiyanın müxtəlif ail məktəblərində dərs demişdir.2012 ildən Arxanqelsk Şimali Sahibkarlıq İnstitutun  dövlət və bələdiyyə hüququ kafedrasına rəhbərlik edib, 2016 ildən isə- ali məktəbin prorektoru seçilmişdir.

 

- Hal-hazırda Şimalı Sahibkarlıq institutunun dövlət və bələdiyyə hüququ kafedrasına rəhbərlik etmənizə baxmayaraq, Siz tarixçisiniz. Sizin namizədlik və doktorluq dissertasiyalarınız hansı problemləri öyrənməyə həsr olunmuşdur?

 - Mənim rəhbərlik etdiyim kafedranın fəaliyyəti tarixi-hüquqi xarakter daşıyır, çünki üç tədris intizamı tarixi-hüquqi və siyasi-hüquqi metodoloji və konseptual çərçivədə əsaslanır.

Mən doktorluq dissertasiyamın mövzusunda dayanmaq istəyərdim, hansı ki, Cənub-Qərbi Qafqaz (Qars) Demokratik və Araz-Türk respublikalarının tarixinə həsr olunmuşdur. Mən onu 1994 ildə V.İ.Lenin adına Moskva Pedoqoji Dövlət Universitetində müdafiə etmişəm.

Doktor dissertasiyası üzərində işləyərkən, mənim üçün hardasa ugurlu oldu,belə ki,  1990 ildə ilk tarixçilərdən biri olaraq, azərbaycan tarixinin 1918-1920 illər dövrünə aid xəzinə arxiv materiallarına toxundum, hansı ki, 1989 ilə qədər məxvilik qrifi altında saxlanılırdı. Xüsusilə, Cənub-Qərb Qavqazın bu respublikalarının təhsil genezisinə, fəaliyyət xarakterinə, dağılmasının səbələri və tarixi şərtlərinə aydınlıq gətirirdi.

 

- Arxanqelsk şəhərinə nə vaxtdan köçmüsünüz? Bu şəhərin Azərbaycan diaspor nümayəndələri ilə əlaqə saxlayırsınız?

- Bir sıra səbəblərə görə mən hələ 1998 ildə Azərbaycanı tərk etdim və uşaqlıq dostum, vilayət prokurorluğunun əməkdar işçisi Tağyev Nazım Həbiboviçin vasitəsilə, Arxanqelsk Beynəlxalq İdarəetmə İnstitutunda tədris fəaliyyətini üçün dəvət aldım. Lakin 2012 ilə qədər mən mütamadi olaraq müqavilə əsasında gah Arxangelskdə, gah Moskvada dərs deyirdim,bəzən isə, Bakıda qalaraq, tarixi-analitik, hərdən də sadə jurnalist mühitinə dalırdım.

Və yalnız 2012 ildə  Arxanqelsk Şimali Sahibkarlıq İnstitutunun rektoru Koçeqarov Serqey Anatolyeviçdən mənə dövlət və bələdiyyə hüququ kafedrasına müntəzəm olaraq rəhbərlik etmək haqqında təklif gəlmişdir. Bu günlərdə mən tədris-metodiki iş üzrə prorektor vəzifəsinə təyin olunmuşam. Eyni zamanda yuxarıda adı gedən kafedraya rəhbərlik edirəm.

Düzünü desəm, Arxangelskdə hər hansı bir Azərbaycan diaspor strukturunun olması haqda heç bir fikrim yoxdur. Baxmayaraq ki, 360 min əhalisi olan şəhərdə onlar kifayət qədər çoxdurlar. 

 

 - Sizin iki monoqrafiyanız Nazim Hacıyevə həsr olunmuşdur, hansı ki, Azərbaycanın ideologiya üzrə KP MK katibi vəzifəsində işləyirdi.  Atanız haqqında bir dövlət xadimi kimi yazmaq çətindir?

- Atam haqqında kitab yazarkən məndə ikililik var idi.Bir tərəfdən mən, içində ən həssas hisslər olan,atasını doqquz yaşında itirmiş oglu,bütün emosional hisslərimi bədii üslübda ifadə etmişəm.Kitabda dialoqlar, müxtəlif məişət və həyat təfərrüatları, fəlsəfi düşüncələr var.

O biri tərəfdən – mənim içimdəki tarixçi-tədqiqatçı, arxiv, arayış, xatirə və digər mənbələrə dayanırdı, o dövrün siyasi, sosial-iqtisadi xüsusiyyətləri fonunda tarixi şəxsiyyətin fəaliyyətini obyektiv olaraq qiymətləndirməyə çalışırdı.

Özünüz mühakimə edin, bu iki tərtib hissəsi olmadan görkəmli dovlət xadiminə həsr olunmuş dərin tarixi-bəddi əsərin yaradılması mümkündürmü?!Çünki oxuyucuya bu və ya digər dahi şəxsiyyətin çoxtərəfli tərzini bütünlüklə təsəvvür etməyə yalnız ürəyin və ağlın simbiozu imkan verir.

Nazim Hacıyevin şəxsiyyəti fenomenaldır. O 28 yaşında respublika komsomol təşkilatına rəhbərlik edir və dərhal ÜLKGİ MK Bürosuna namizəd üzv seçilir. 33-34 yaşlarında Sovet İttifaqı Kommunist Partiyası MK sektoruna rəhbərlik edirdi, 35 yaşında isə Azərbaycan KP MK katibi vəzifəsində işləyir.Təəsüf ki, o 38 yaşında faciəvi şəkildə dünyasını dəyişmişdir.

Nazim Hacıyevin şərəfli əməlləri, bu qısa müddətdə onun respublika rəhbərliyində olan fəaliyyəti, respublika tarixində dərin iz buraxmışdır, bu bir sıra müəlliflərin və tədqiqatçıların əsərlərində öz yerini almışdır. Bunlar Osman Mirzəyivin, Aleksandr Kiknadzenin, Lev Polonskinin, Çingiz Hüseynovun, Vladimir Semiçastnıy, Elmira Axundovanın, Çapay Sultanovun, Cəmilə Həsənlinin, Yuriy Pompeyevin kitablarıdır.

 

- Bu doğrudur ki, Sizin atanız Rusiyada azərbaycan diasporunun qurucularından biri olmuşdur?

- O zamanlar diaspora deyilən bir anlayış yox idi. Moskvada az sayda azərbaycanlı yaşayırdı, onlardan çoxu ali məktəblərdə oxuyurdular, elmi-tədqiqat işləri, istehsalat və digər işlərlə məşğul idilər, aspiranturada təhsil alırdılar, müxtəlif təşkilat və müəssisələrdə işləyirdilər. Atam daima öz həmyerlilərinin problemi ilə maraqlanırdı, onlara kömək edirdi, onlarla Azərbaycanın daimi nümayəndəliyində və respublikayla bağlı tədbirlərdə görüşürdü, beləliklə onları birləşdirir və onlarda yoldaşlıq hissi yaradırdı.

Bu barədə akademik, Azərbaycan Elmlər Akademiyasının keçmiş prezidenti Eldar Salayev xatırlayır. 1995 ildə o mənə Moskva aspiranturasında təhsil aldığı zaman atamla görüşü haqqında danışırdı: ”Gözəl günlərin birində bizim yanımıza Kərim Kərimov gəlmişdi(hal-hazırda rəhmətə getmişdir, SSRİ kosmonavtlarının təlim Mərkəzinin rəisi).Bizi- 50 illərin gənc nəslinə xas olan cəsarət və ruh yüksəkliyi ilə öz problemlərini müzakirə edən gənc alimləri dinləyərək lakonik şəkildə deyir: “Uşaqlar, sizə öz problemlərinizlə Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinə müraciət etmək lazımdır. Yeri gəlmişkən, orada bizim həmyerlimiz işləyir.Mən ona sizin haqqınızda danışmışam və o məndən çox xahiş edib ki, sizinlə görüş təşkil edim.  Uzatmayaq, mən onunla dərhal əlaqə saxlayacam və biz Köhnə meydana yola düşəcəyik (orada Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinın binası yerləşirdi)».

Salayevin sözlərinə görə, elə belə də alındı: “Biz Sovet İttifaqı Kommunist Partiyasının MK gəldik, və bizi gülərüz cavan oğlan qarşıladı, hansı ki, Nazim Hacıyev idi. O, ətraflı olaraq bizim elmi tədqiqatlarımız, Moskvada olan məişət və maddi şərait haqqında soruşmağa başladı.Biz diqqətinə görə ona olduqca minnətdar idik və sevinirdik ki, partiyanın mərkəzi apparatında bizim həmyerlimiz işləyir, hansı ki, Moskva şəhərində olan cavan azərbaycanlı alimlərin fəaliyyətinə belə diqqət yetirir və hansına ki, biz hər hansı bir məsələ üzrə həmişə müraciət edə bilərik. Yeri gəlmişkən, bizim aramızda Tofik İsmaylov da var idi.Sonralar, Nazim Hacıyev respublikaya qayıtdıqdan sonra, biz daxili elm sahəsində çalışdığımız zaman, o bizim elmi fəaliyyətimizə və yaşayış şəraitimizə qarşı həmişə diqqətli olmuşdur”.

Neft Akademiyasının prorektoru, fəlsəfə elmləri doktoru, professor, o illərdə MDU aspiranturasında təhsil alan İmran Cəfərov da eyni konteksdə olan xatirələri ilə paylaşır.Azərbaycandan olan tələbələr və aspirantlar atamın təşəbbüsü ilə mütamadi olaraq daimi nümayəndəliyin binasında yığışırdılar və öz planları və problemlərini onunla paylaşırdılar. Yeri gəlmişkən, onlardan çoxu öz talelərini ömürlük olaraq Moskva, Rusiya ilə bağlayırlar.

O uzaq zamanlarda atamın Moskvada azərbaycan icmasının formalaşması üzrə fəaliyyəti belə bir xarakter daşıyırdı.

 

- Bunlardan əlavə, siz Rusiya-Azərbaycan münasibətləri haqqında bir sıra kitabın müəllifisiniz.Onlarda hansı tarixi dövr nəzərdə tutulub?

- Ümimulikdə mənim qələmimdən 250-dən çox məqalə çıxmışdır, bunların içində tarixi oçerklər, analitik geosiyasi təhlil və hətta esse var,onların böyük bir hissəsi üç topluda öz əksini tapmışdır.

Bunlardan ikisi Rusiya-Azərbaycan dostluq, qardaşlıq münasibətlərinə həsr olunmuşdur. Birinci-“Rusiya və Azərbaycan: Tanrı tərəfindən seçilmiş qohumluq” 2007 ildə Bakıda nəşr olunmuşdur. İkinci – “Ey Rusiya, qanadlan!” – elə həmin il Moskva şəhərində nəşr olunmuşdur. Üçüncü məcmuəyə gəlincə, qeyd etmək istəyirəm ki, bu məcmuə keçən il Arxangelsk şəhərində nəşr olunmuşdur və “2000-2014 illərdə dünyanın geosiyasi baxışı” adını daşıyır.

Bu məcmuələr iki xalq arasında çoxəsirlik dostluq,qardaşlıq ənənələrinin qeyd olunma ideyasını,onların əməkdaşlığını, onların azadlıqlıq və müstəqilliklərinə qəsd edən düşmən güclərə qarşı birgə mübarizəsini təcəssüm etdirir. Belə münasibətlər öz tarixi ilə əsaslandırılır.  Əslində, Rusiya-Azərbaycan ticarət münasibətləri dövlət münasibətlərindən çox-çox əvvəl qurulmuşdur.Qədimdə rus tacirləri bütün Şərqdə öz ticarətlərini aparırdılar, və qədim Şamaxının bunların arasında xüsusi yeri var idi. Bu münasibətlər iki xalqı nəinki birləşdirirdi, həm də bütövlükdə, Asiya və Avropada ticarət və mədəniyyət münasibətlər üçün forpost yaradırdı.

 XV əsrin ikinci yarısında isə Azərbaycan dövləti olan Ağqoyunlu ilə Böyük Moskva hersonluğu arasında diplomatik münasibətlər qurulmuşdur, və  bu dövlətlərin hökmdarları Uzun Həsən və III İvanın himayəsində iki dövlət  dostluq və müttəfiqlik ittifaqına çevrilmişdir.

Azərbaycanlılar bütün dövrlərdə rus xalqı ilə birlikdə öz ümumi hökümətlərinə olan sədaqətləri ilə fəqrlənirdilər. Bunun həqiqətən də belə olduğuna əmin olmaq üçün sadəcə bir misal gətirmək kifayətdir. 21 oktyabr 1914 ildə Bakıda çoxsaylı müsəlman mitinqində vilayət qadisi birmənalı şəkildə vurğulayır: “Bizim Rusiyaya olan sədaqətimiz yalnız vətəndaşlıq prinsipi ilə deyil, vicdanımızın səsi və Quranın fərmanları ilə diktə olunur”.

Topluların, Rusiya və Azərbaycanın inteqrasiya cəhətdən daha da yaxınlaşmasının mühim ehtiyacını vurğulayan tarixi-analitik məqalə ilə bol olduğunu deyə bilmərəm.Sözsüz ki, informasiya xarakterli tektonik dəyişikliklər Rusiya-Azərbaycan münasibətlərinə tamamilə başqa bir panorama yaratmışdır. Vahid dövlətin dağılması, Rusiya və Azərbaycanın müstəqil dövlət statusu əldə etməsi həm xarici siyası, həm də xarici iqtisadi xarakterli bir sıra problem yatarmışdır. Lakin bütün münaqişələrə baxmayaraq,Rusiya-Azərbaycan münasibətləri XXI əsrin on beş ili ərzində, bütün sınaqlardan keçərək, kökündən dəyişmiş şəraitdə yeni yüksəliş mərhələsindən keçir.

Məqalələr toplusunda, kifayət qədər geniş xronoloji çərçivədə Rusiya-Azərbaycan münasibətlərinin müxtəlif mərhələlərindən bəhs edən tarixi faktlar  işıqlandırılır,lakin əsas hekayə müasir tarixə məxsusdur.

 - Xahiş edirəm gələcək planlarınız haqqında. Rusiya-Azərbaycan münasibətləri haqqında daha bir kitab nəşr etmək fikriniz varmı?

Tarixi-analitik publisistika hər zaman mənim iş, yaradıcılıq fəaliyyətimin daxilində olmuşdur. Hal-hazırda bu çərçivədə A.M.Qorçakov Fondu ilə fəal əməkdaşlıq edirəm. Son illər ərzində Fondun saytında mənim bir neçə tarixi oçerklərim və  analitik təhlillərim dərc edilmişdir.

Mən,Arxanqelsk Sahibkarlıq İnstitutunun rektoru Koçeqarov S.A. ilə müəllif əməkdaşlığında, XX sonları -XXI əsrin əvvəllərində dünya siyasi xəritəsində dəyişikliklər ilə bağlı geosiyasi əməyin yaradılmasını nəzərdə tutmuşam. Sankt-Peterburq üniversitetinin professoru, tarix elmləri doktoru Mixaylov M.M. ilə müəllif əməkdaşlığında isə 1918-1920 illər dövründə Rusiya-Azərbaycan münasibətlərinə həsr olunmuş monoqrafiya yazmağı planlaşdırırıq.

Mənim bu layihələri həyata keçirməyimin nə dərəcədə mümkün olacağını proqnozlaşdırmaq çətindir, lakin  nəzərdə tutulmuş ideyaları maddiləşdirmək üçün əlimdən gələni edəcəyəm.

 

 

                                                                                          Ülkər Mehdiyeva 

                                                                                          xüsusi olaraq ÜAK üçün

 


972 просмотра

Нам пишут Написать
Наверх