Dmitri Savelyev: "Azərbaycan Rusiya üçün sadəcə vacib strateji tərəfdaş deyil"

17 октября , 2016, 14:24

"Azərbaycan Rusiya üçün sadəcə strateji tərəfdaş deyil, birlikdə uzun qəhrəmanlıq yolu keçdiyimiz qardaş xalqdır".

VAKinfo-nun verdiyi məlumata görə, bunu Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibəti ilə Azərbaycan prezidenti İlham Əliyevə göndərdiyi məktubunda bildirib.

"Sizi Azərbaycan xalqını səmimi qəlbdən Müstəqillik Günü münasibəti ilə təbrik edirəm! Bu gün Azərbaycan inkişaf yolunda uğurla addımlayır. Bizi, yaxın qonşunuzu ölkənizin əldə etdiyi inkişafın müsbət nəticələrini gömək çox sevindirir. Biz ölkənizdə dövövlətçiliyin möhkəmləndirilməsinə və insanların sosial rifahının yaxşılaşdırılmasına istiqamətlənən geniş miqyaslı dəyişikliklərin şahidi oluruq.

Azərbaycan müstəqil siyasət yeridərək beynəlxalq arenada öz mövqeyini gücləndirir. Müasir çoxkonfensiyalı dövlət möhkəm bünövrə üzərində qurulub. Bu bünövrəni milli adət-ənənələrə riayət edilməsi, mehriban bir ailə kimi ölkə ərazisində yaşayan bütün xalqların mənəvi dəyərlərinə hörmət təşkil edir. Bu, Azərbaycanı bir çox dövlətlər üçün nümunə edir. Rusiya üçün Azərbaycan sadəcə vacib strateji tərəfdaş deyil, birlikdə uzun qəhrəmanlıq yolu keçdiyimiz qardaş xalqdır. Əminəm ki, dövlətlərimiz arasındakı dostluq münasibətləri bundan sonra da xalqlarımızın rifahı da dinamik inkişaf edəcək və bütün Qafqaz regionunda sabitliyinin möhkəmlənməsinə yardımçı olacaq",-deyə rusiyalı deputat təbrik məktubunda qeyd edib.

 


586 просмотров

Нам пишут Написать
Наверх