Moskvadakı Azərbaycan İcması Evində Cənubi Qafqaz tarixinə həsr olunmuş sənədli filmlərin təqdimatı keçiriləcək

10 октября , 2016, 14:12

14 oktyabr saat 17:00-da Moskvadakı Azərbaycan İcması Evində Ümumrusiya Azərbaycan Konqresinin dəstəyi ilə Azərbaycan tarixinə həsr olunmuş sənədli filmlərin təqdimatı keçiriləcək.

Filmləri Azərbaycan Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının  dəstəyi ilə hazırlanıb.

Filmlərin müəllifi Bakı Slavyan Universitetinin dosenti Şəlalə Həsənovadır.

Sənədli filmlər onlarla elmi mənbə, xəritələr, nadir sənədlər və Azərbaycan İrəvanının saray elitasının eksklüziv fotoları əsasında hazırlanıb. Təqdim olunan faktlar istisnasız erməni və qərbli müəlliflərin sitatları ilə şərh olunub. Bu da həmin faktların əminliyindən və etibarlılığından xəbər verir. 


530 просмотров

Нам пишут Написать
Наверх