Azərbaycan İcması Evində "Tarix saatı" layihəsi çərçivəsində ikinci mühazirə keçirilir

09 февраля , 2016, 16:40

12 fevral saat 17-00-da Moskvadakı Azərbaycan İcması Evində “Azərbaycan tarixi kursları” çərçivəsində “Tarix Saatı” keçirilir. Bu dəfə ki, mühazirənin mövzusu ("Qədim Azərbaycan ərazesində ilkin dövlət qurumları və qədim tayfalar").

Xatırladaq ki, “Azərbaycan tarixi kursları” ödənişsiz olaraq Ümumrusiya Azərbaycan Konqresinin təşəbbüsü ilə keçirilir. Məqsəd Rusiyada yaşayan azərbaycanlı gənc nəslin öz vətənlərinin tarixini unutmamasıdır, eləcə də digər xalqların nümayəndələrinin Azərbaycan tarixi ilə tanış olmalarıdır.

Mühazirəni tarix elmləri doktoru, şair, publisist, “Şəhriyar” elmi ədəbi-mədəni Cəmiyyətinin üzvü, ÜAK əməkdaşı Əşrəf Hüseynli aparır.

Ünvan. Azərbaycan İcması Evi. Taqanskaya metrosu, Verxnyaya Radişevskaya ev5/5

 


623 просмотра

Нам пишут Написать
Наверх