Samarada Mstislav Rostropoviçin xatirəsinə həsr olunan festival keçirilir

04 октября , 2016, 13:43

Rusiyanın Samara şəhərində dahi musiqiçi və violonçel ustası Mstislav Rostropoviçin xatirəsinə həsr olunan festival keçirilir.

Festivalda Valeri Gergiyevin rəhbərliyi ilə Mariya Akademik Teatrının simfonik orkestri çıxış edəcək. Həmçinin P.İ.Çaykovskinin “Yevgeni Onegin” operası, Gektor Berliozun, Radion Şedrin və başqalarının əsərləri səslənəcək.

Təşkilatçılar bildiriblər ki, festivalın devizi dahi dirijor və musiqiçi Rostropoviçin bu sözləridir: “Musiqi şəfa gətirir, musiqi xeyirxahlıq məşəlini yandırmağa, dünyanı dəyişməyə və daha təkmil etməyə qadirdir”.(Azərtac)


413 просмотров

Нам пишут Написать
Наверх