Nijni Novqrorodda Müslüm Maqomayevin xatirəsinə həsr olunan konsert keçiriləcək

05 октября , 2016, 15:29

Ümumrusiya Azərbaycan Konqresi Nijni Novqorod regional bölməsi və Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) Nijni Novqoroddakı nümayəndəliyi Müslüm Maqomayevin mədəni-musiqi irsi Fondunun dəstəyi ilə Nijni Novqorodda SSRİ Xalq artisti, görkəmli sovet, Azərbaycan və Rusiya opera və estrada ifaçısı, bəstəkar Müslüm Maqomayevin xatirəsinə konsert təşkil edir.

ÜAK Nijni Novqorod bölməsinin mətbuat xidmətinin verdiyi məlumata görə, əfsanəvi Müslüm Maqomayevin repertuarındakı mahnıları ümumrusiya və beynəlxalq müsabiqələr laureatı Nikolay Penyakin ifa edəcək. O, bu kimi qatrollarla Azərbaycanda və Rusiyanın bir neçə şəhərində çıxış edib və unikal ifa tərzi və təsirli səsi ilə ictimaiyyət tərəfindən seviləndir.

Tədbir çərçivəsində Müslüm Maqomayevin həyat və yaradıcılığına həsr edilmiş fotoşəkillər, bioqrafik kitablar və musiqi irsi sərgilənəcək. Proqramın konsert hissəsində başqa ifaçılar və yaradıcı kollektivlər də öz istedadlarını nümayiş etdirəcəklər.

Konsert oktyabrın 29-da saat 17:00-da Nijni Novqorodun Mərkəzi dəmiryolçular mədəniyyət evində Lyulskix dney küçəsi, ev 1A ünvanına keçiriləcək. Giriş sərbəstdir.

Tədbirin təşkilatçıları bütün arzu edənləri Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsertə dəvət edir. 

 

 

 


466 просмотров

Нам пишут Написать
Наверх