ÜAK Moskvanın "Cümə" məscidində baş verən insidentlə bağlı Rusiyada yaşayan azərbaycanlılara müraciət edib

05 октября , 2016, 19:17

Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) dünən Moskvanın "Cümə" məscidində baş verən insidentlə bağlı Rusiyada yaşayan azərbaycanlılara müarciə edib.

VAKinfo-nun məlumatına görə, müraciətdə ÜAK, Rusiyada yaşayan həmyerlilərimizi təxribatlara uymamağa, müxtəlif Azərbaycan diaspor təşkilatlarının nümayəndələrini Rusiyadakı Azərbaycan icmasının sıralarına qarışıqlıq salan hansısa şərhlər verməkdən çəkinməyə çağırıb.

"Rusiya azərbaycanlıları Rusiya cəmiyyətinin ölkə qanunlarına və insan haqları normalarına riayət edən tərkib hissəsidir. Bu ölkədəki həmyerlilərimiz eləcə də prezident və Rusiya xalqlarının lideri Vladimir Putinin milli siyasətini hərtərəfli dəstəkləyir. Rusiyadakı mövcud millətlərarası və konfesiyalararası razılıq ölkə cəmiyyətində sabitliyin və sülhün qorunub saxlanılmasının başlıca şərtlərindən biridir. Millətlərin sül şəraitində mövcudluğunun təmin olunması üçün olan hüquqi  vasitələr və mexanizmlərə ciddi riayət olunmalıdır, dini ektremizm və dözümsüzlüyün yaranmasına yol verilməməlidir. Bütün inanclı müsəlmanlardan xahiş edirik ki, Rusiyanın müsəlmanlarını ayıran deyil, birləşdirən faktorlara diqqət yetirsinlər",-deyə ÜAK-ın müraciətində qeyd olunub.  

 


526 просмотров

Нам пишут Написать
Наверх